Turizm marşrutları

Turizm marşrutları

Qədim dağ kəndi Xınalıq Azərbaycanın ən məşhur etno-turizm və macəra məkanlarından biridir. Burada füsunkar təbiət, memarlıq nümunələrini və Qafqaz dağlarının möhtəşəm mənzərələrini izləmək olar. 

Haykinq - piyada marşrutları aktiv səyahət edənlərin ən çox bəyəndiyi fəaliyyətdir. Qonaqpərvər sakinləri olan Xınalıq kəndi ətrafında piyada turu möhtəşəm mənzərəli  Qafqaz dağlarını kəşf etmək üçün əla fürsətdir! Xınalıq ətrafına aparan cığırların labirinti səyahətinizin sonuna qədər sizi valeh edəcək. Bundan əlavə, dağ çaylarının mövcudluğu da Xınalıq turunu canlandırır. 

Xınalıqdakı haykinq turları ilə aşağıdakı bölmədə tanış ola bilərsiniz: 

Xınalıq-Qalaxudat marşrutu

Bu marşrutla gedərkən siz Qızılqaya dağının sıldırım qayalıqları, geniş Qudyalçay vadisi və Böyük Qafqaz dağlarının möhtəşəm mənzərələrindən zövq alacaqsınız.

https://azerbaijan.travel/qalaxudat-qriz-marsrutu

Qafqaz dağlarında quş müşahidəsi

Quba rayonunda yerləşən bu yüksək dağ kəndi Azərbaycanın ən nadir və mənzərəli kəndlərindən biridir. Seyrək bitki örtüyünə malik Xınalıqda Qafqaz uları, adi odquyruq, Alp çərənçisi, qaya qaratoyuğu və saqqallı kərkəs kimi quş növlərini müşahidə etmək mümkündür.

https://azerbaijan.travel/qafqaz-daglarinda-qus-musahideciliyi