Əhali (təxmini)

1,200 nəfər

Bakıdan məsafə

225 km

Hündürlük

2,150 м

Quba Xınalıq

Xınalıqda görməli və etməli nə var?

Tarix-Etnoqrafiya Muzeyi

Kənd sakininin təşəbbüsü ilə yaradılan Tarix Etnoqrafiya Muzeyində Xınalığın zəngin tarixi, məişəti və yerli əhalinin adət-ənənələrini əks etdirən ümumilikdə 2000-ə yaxın eksponat sərgilənməkdədir. Ətraflı

Xınalıq Corabları

Bu rəngarəng corablar az qala Xınalıqlıların rəmzlərindən birinə çevrilib. Yundan hazırlanan əlvan naxışlı corablar altı qalın olduğuna görə çox istidir. Xınalığı ziyarət edərkən, bu rəngli yun corablardan ala bilərsiniz. Ətraflı

Unikal memarlığı

Xınalıqda diqqət çəkən məqamlardan biri də kəndin unikal memarlığıdır. Burada bir evin damı, ondan yüksəkdə yerləşən digərinin həyətidir. Evlər çox sıx tikilib və adətən bir evin qapısı o biri evin damına açılır. Ətraflı

Turizm marşrutları

Qədim dağ kəndi olan Xınalıq Azərbaycanın ən məşhur etno-turizm və macəra məkanlarından biridir. Burada füsunkar tarix, memarlıq və Qafqaz dağlarının möhtəşəm mənzərələri izləyə bilərsiniz. Ətraflı

Azərbaycanda köçəri heyvandarlıq mədəniyyəti bu gün də öz tarixi əhəmiyyətini qoruyur. Hər il fəsillər dəyişəndə minlərlə ailə Azərbaycanın dağlıq və aran rayonları arasında Köç yolları ilə hərəkət edir. Azərbaycanda mövcud olan tarixi Köç yolları arasında ən əhəmiyyətlisi və canlı olanı Xınalıq kəndindən başlayan və Hacıqabul qışlaqlarına qədər uzanan Köç yoludur. 200 km boyunca uzanan bu Köç yolu ilə hər il 10.000-dən artıq insan, 300.000-dən çox mal-qara hərəkət edir.

Köç yolu 6 inzibati rayonun ərazisindən, müxtəlif kəndlərdən, Cek, Söhüb, Rük, Yerfi, Cimi və s. kimi yaşayış məntəqələrindən, Qudyalçay, Qozluçay, Cimiçay kimi böyük çay yataqlarından və sıx meşələrdən keçir. Köç yolu boyunca Azərbaycanda mövcud olan 9 iqlimdən 7-nə, həmçinin bir-birindən fərqli landşaft tipinə rast gəlmək mümkündür.

 

Ətraflı